General Ceyms Mettis

Pentaqon rəhbəri sərəncam imzaladı, qoşunlar Suriyadan çıxarılır

48
(Yenilənib 10:35 24.12.2018)
O, həmçinin qeyd edib ki, ABŞ əsgərlərinin evə dönmə vaxtı çatıb

BAKI, 24 dekabr — Sputnik. Pentaqon rəhbəri Ceyms Mettis Birləşmiş Ştatlar qoşunlarının Suriya ərazisindən çıxarılması haqqında saziş imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Fox News" telekanalı Pentaqonda olan mənbəyə istinadən xəbər verir.

Sənəddə qoşunların çıxarılmasının konkret vaxtı göstərilsə də, hələlik onlar açıqlanmır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 19-u öz "Twitter" səhifəsində ABŞ qoşunlarının Suriyadan çıxarılmasının vaxtının çatdığını yazıb: "Uzun müddətdir ki, Suriyada müharibə aparırıq. İki ilə yaxındır ki, Birləşmiş Ştatlar prezidentiyəm. Həqiqətən, irəliləyişə nail olmuşuq. İŞİD-i məğlub etdik və torpaqları geri aldıq".

O, həmçinin qeyd edib ki, ABŞ əsgərlərinin evə dönmə vaxtı çatıb.

48
Teqlər:
Ceyms Mettis, Donald Tramp, qoşunlar, ABŞ, Suriya
Əlaqədar
ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi
ABŞ-dan İranın Suriya əməliyyatına sərt reaksiya
ABŞ Suriya ilə bağlı qərarını verdi
ABŞ qoşunları bu ölkənin sərhədlərinə yerləşdirilir