The Islamic State (IS) militants threatening to kill two Japanese hostages if they do not receive a $200 million ransom by Friday have not yet contacted Tokyo

Dirçələn “Əl-Qaidə” təyyarələrə hücum hazırlayır

24
(Yenilənib 18:19 23.12.2018)
Təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, bomba çatdırmaq üçün nəzərdə tutulan dronların eskizləri Britaniyada aparılan təhqiqatlar zamanı aşkarlanıb

BAKI, 23 dekabr – Sputnik. “Əl-Qaidə” beynəlxalq terror təşkilatı sərnişin təyyarələrini vurmağa imkan verən texnologiyalar üzərində işləyir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Times qəzetinin yaydığı məlumata görə, bunu Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə naziri Ben Uolles bildirib.

Uolles bəyan edib ki, terror təşkilatı artmaqda olan təhlükəyə çevrilib və bu, britaniyalı nazirlərə gecələr yatmağa da imkan vermir. O, kəşfiyyat məlumatına istinadla qeyd edib ki, təyyarələri vurmaq üçün miniatür bombalardan və partlayıcı yüklənmiş dronlardan istifadə edilə bilər.

Təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, bomba çatdırmaq üçün nəzərdə tutulan dronların eskizləri Britaniyada aparılan təhqiqatlar zamanı aşkarlanıb.

“Aviasiya üçün təhlükə realdır... “Əl-Qaidə” dirçəlir. Onlar yenidən təşkilatlanıblar. Onlar Avropa ilə bağlı yani planlar hazırlayırlar. Onlar yeni üsullarla tanış olublar və təyyarələrdə hücum fikrindən daşınmayıblar” – deyə nazir vurğulayıb.

24