İndoneziyanın Sulavesi adasında sunami, arxiv şəkli

Sunami 168 insanın həyatına son qoydu

229
(Yenilənib 11:14 23.12.2018)
İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Agentliyi hadisənin baş verməsi səbəblərini araşdırır. Həmin vaxt ərazidə heç bir güclü zəlzələnin baş vermədiyi bildirilir.

BAKI, 23 dekabr - Sputnik. Dekabrın 22-də axşam saatlarında İndoneziyada baş verən sunami nəticəsində azı 168 nəfər həlak olub.

Sputnik Azərbaycan xəbər verir ki, yerli vaxtla saat 21:27 radələrində nəhəng dalğa Yava və Sumatra adaları arasındakı körfəzə, əhalinin sıx yaşadığı Zond rayonuna çatıb. Təbii fəlakət nəticəsində 745 nəfərin xəsarət aldığı bildirilir. Daha 30 nəfər itkin düşmüş sayılır.

​Sunami nəticəsində yüzlərlə ev və bina dağılıb və ya yararsız vəziyyətə düşüb.

İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Agentliyi hadisənin baş verməsi səbəblərini araşdırır. Həmin vaxt ərazidə heç bir güclü zəlzələnin baş vermədiyi bildirilir.

Təbii fəlakətin mümkün səbəbləri kimi, adadakı vulkan fəallığı və tam Ayın görünməsi ilə əlaqədar yaranan nəhəng dalğalar göstərilir.

229