Əbu-Dabi şəhəri

Ən ən: Dünyanın təhlükəli təhlükəsiz şəhərləri

50
(Yenilənib 17:37 22.12.2018)
Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərlərinin adları açıqlandı

BAKI, 23 dekabr — Sputnik. Dünyanın məşhur məlumat bankı hesab edilən Numbeo tərəfindən ən təhlükəli və təhlükəsiz şəhərlərin adları açıqlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, təhlükəsiz şəhərlər sırasında birinci yerdə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhəri yer alıb. Sonrakı yerləri Qətərin Doha, Yaponiyanın Osaka şəhərləri tutur. İlk onluqda yer alan şəhərlər sırasında Sinqapur, Kvebek, Bazel, Tokio, Bern, Münhen, İrvinin də adları var.

Türkiyədə yerləşən Əskişəhər 12-ci, Bursa 28-ci yerdə qərarlaşıb.

3 şəhəri yer alıb. Bursa 14, Ankara 156, İstanbul isə siyahıda 219-cu yerdə qərarlaşıb.

Numbeonun ən təhlükəli şəhərlər siyahısında Hondurasın San Pedro Sula, Venesuelanın Karakas və Braziliyanın Fortaleza şəhərləri ilk üç yeri tutur.

Təhlükəli şəhərlər siyahısında Bakı 273-cü yerə qoyulub. Müqayisə üçün qeyd edək ki, Vaşinqton həmin siyahıda 69-cu, Tehran 88-ci, Paris 96-cı, Brüssel 100-cü, İstanbul 115-ci, Kiyev 121-ci, London 138-ci, Barselona 149-cu, Moskva 165-ci yerdədir.

50