Bi Rouz Santyaqonun 2013-cü ildə dünya gözəli seçilməsi

Dünya gözəli ölümlə çarpışır

246
(Yenilənib 13:23 22.12.2018)
Filippinli dünya gözəlinin həyatı risk altındadır

BAKI, 23 dekabr — Sputnik. 2013-cü ildə 66 ölkə gözəli ilə yarışmada qalib seçilən filippinli Bi Rouz Santyaqo ilə bağlı yayılan xəbər onun pərəstişkarlarını pərişan edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, arıqlamaq naminə mütəmadi olaraq idmanla məşğul olan Rouz Santyaqonun immun sistemini möhkəmləndirmək üçün qəbul etdiyi dərmanlar fəsad yaradıb. Bu ilin avqustunda Rouz Santyaqoya böyrək çatışmazlığı diaqnozu qoyulub.

Dünya gözəli isə səhhətində yaranan problemlərdən, belə dərmanları istifadə etməzdən öncə həkim məsləhətinin vacibliyindən danışıb.

O müalicə üçün gəldiyi Kanadada dializ aparatına bağlı qalaraq yaşadığını və burada donor tapacağına ümidli olduğunu deyib.

246