ABŞ artilleriyası Mosul yaxınlığında İŞİD-lə mübarizə aparan İraq ordusunu dəstəkləyirlər

ABŞ İŞİD-lə mübarizə üçün yeni ölkə seçdi

308
(Yenilənib 13:12 22.12.2018)
İŞİD-in son qalıqlarını məhv etmək üçün ABŞ İraqa yardım edəcək

BAKI, 23 dekabr — Sputnik. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo İŞİD-lə mübarizəni uğurla başa çatdırmaq üçün ölkəsinin İraqa yardım edəcəyini deyib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən gün Pompeo İraq prezidenti Bərhəm Salih və bu ölkənin baş naziri Adil Abdulmehdi ilə telefonla danışıqları zamanı belə vəd verib. Pompeonun köməkçisi Robert Palladino telefon danışıqlarının hər iki İraq rəsmisi ilə ayrılıqda reallaşdırıldığını bildirib.

Robert Palladino bildirib ki, telefon danışıqları zamanı İŞİD-lə mübarizədə Suriyada əldə edilən nailiyyətlərdən də söz açılıb. Məlumata görə, söhbət əsnasında Pompeo ABŞ-ın İraqa iqtisadi yardımı məsələsi haqda da danışıb.

Xatırladaq ki, ötən gün Ağ Ev rəhbəri Donald Tramp ölkəsinin İŞİD-ə qarşı uğurla mübarizə apardığını və əsgərlərini Suriyadan geri çağrılacağını bəyan etmişdi.

308
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

2
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

2
ABŞ-da epdimioloji vəziyyət

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb

8
Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib.

BAKI, 9 avqust - Sputnik. ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

"Report"un məlumatına görə, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib. İki həftəlik müalicə kursu keçən soydaşımız ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib.

8