Mayk Pompeo

ABŞ dövlət katibindən böyük səhv Pompeo Nizamini fars şairi adlandırdı

3014
(Yenilənib 11:26 22.12.2018)
ABŞ Dövlət katibi "Twitter" hesabında kobud səhv edib

BAKI, 22 dekabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo dahi Azərbaycan şairi Nizami Gəncəvini fars mütəffəkiri adlandırıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Mayk Pompeo "Twitter" hesabında paylaşım edib. O öz tvitində belə yazıb: "Qürurlu İran xalqı bu gün ilin ən uzun gecəsini qeyd edir. Onlara qaranlıqlar üzərində işığın qələbəsini, rifah və azadlıq arzulayıram. Fars şairi Nizami demişkən, bəzən ümidsizliyin içində də bir ümid doğur. Qaranlıq gecənin sonunda da bir işıq var. Yeldanız mübarək!"

Pompeonun bu paylaşımı azərbaycanlılar tərəfindən narazılıqıa qarşılanıb. İstifadəçilər tvitin altından "Nizami fars deyil, Azərbaycan şairidir" kimi cavablar yazırlar.

​Qeyd edək ki, Azərbaycanın görkəmli şairi olan Nizami Gəncəvi 1141-ci ildə Gəncədə doğulub. "Xəmsə"si ilə böyük şöhrət qazanan dahi mütəfəkkir 1209-cu ildə dünyasını dəyişib.

3014