Moskva şəhəri

Ermənilər Moskvada mitinq keçirəcəklər

187
(Yenilənib 15:03 21.12.2018)
Səfirlik Ermənistan vətəndaşlarını Rusiya qanunvericiliyinin tələblərinə riayət etməyə və icazəsiz hərəkətlərdən çəkinməyə çağırıb

BAKI, 21 dekabr — Sputnik. Ermənistanda həbsdə olan sabiq prezident Robert Koçaryanın tərəfdarları Moskvadakı Ermənistan səfirliyi qarşısında mitinq keçirmək niyyətindədirlər.

Sputnik Ermənistan xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb. Səfirlik Ermənistan vətəndaşlarını Rusiya qanunvericiliyinin tələblərinə riayət etməyə və icazəsiz hərəkətlərdən çəkinməyə çağırıb.

"Sosial şəbəkələrdə 22 dekabr 2018-ci ildə Moskvada səfirlik önündə mitinqlərin keçirilməsinə dair məlumat yayılır. Bununla əlaqədar xatırladırıq ki, Rusiya qanunvericiliyinə əsasən ictimai tədbirlər (toplaşma formasında aksiyalar, nümayişlər, yürüşlər və ya piket) müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilməlidir" - deyə səfirliyin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan cari il dekabrın 7-də həbs olunub.

187
Teqlər:
etiraz aksiyası, səfirlik, Moskva, Robert Koçaryan, prezident, həbs, Ermənistan
Əlaqədar
Rusiya səfirindən ermənilərə sərt cavab
Baş konsul: "Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir" - VİDEO
Ermənistana silah satışı xəbəri təkzib olundu: "Azərbaycanla aramızı vurmağa çalışırlar"
Erməni əsirliyindən qurtulan hərbçi: "İlk 10 gün ağlasığmaz işgəncələr verirlər"
Amerikalı kosmonavt, arxiv şəkli

"Təkcə amerikalılar deyil, biz səriştəmizi itirmişik"

1
(Yenilənib 22:23 10.08.2020)
"Roskosmos"un baş direktoru: "İnsanlar sual verirlər ki, niyə amerikalılar 1960-1970-ci illərdə altı dəfə Ayda olublar, indi isə "super yüksək texnoloji səviyyə"ləri ilə bunu təkrar edə bilmirlər?!"

BAKI, 10 avqust — Sputnik. "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin bildirib ki, bir çox insanlar ABŞ-ın bu sahədə texniki səriştəsini itirdiyi üçün amerikalıların Aya enməsinə inanmırlar.

Belə ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin iyul ayında keçirdiyi sorğuya görə, hər bir ikinci rusiyalı (49 faiz) Aya enişi saxtakarlıq hesab edir və iki il əvvəl bu cür insanların sayı daha çox idi - 57 faiz.

"Bu inamsızlıq haradan qaynaqlanır? Hesab edirəm ki, bu, Amerika Birləşmiş Ştatlarının indiyə qədər niyə SLS super ağır sinfindən olan raket yaratmadığını və sınaqdan keçirmədiyini təsəvvür etməyin çox çətin olması səbəbindən yaranır. Onlar indiyə qədər Orion gəmisini yarada bilmirlər", - deyə Roqozin "Mir-24" telekanalının efirində bildirib.

Roqozinin sözlərinə görə, insanlar sual verirlər ki, niyə amerikalılar 1960-1970-ci illərdə altı dəfə Ayda olublar, indi isə "super yüksək texnoloji səviyyə"ləri ilə bunu təkrar edə bilmirlər?!

"Bu suala cavabım var: demək istəyirəm ki, bizdə də çoxlu səriştələr itirilib, təkcə amerikalılarda deyil", - deyə "Roskosmos"un rəhbəri bildirib.

1
Əlaqədar
Maskı üstələmək: Rusiya yeni raket hazırlayır
Casus oyunları? Rusiyanın strateji obyektindən NATO-nun "köməkçisi" çıxdı
Rusiya Aya elə bir qurğu göndərəcək ki...
İran kosmosa adam göndərmək üçün çarə tapdı
Rusiyadan Türkiyəyə sensasion təklif – Gəlin kosmosa raket buraxaq
Bollivud ulduzu Əmir Xan, arxiv şəkli

Bollivud ulduzu Türkiyədə

7
(Yenilənib 22:23 10.08.2020)
Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri Türkiyədə davam etdiriləcək. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. 1994-cü ildə çəkilən, ABŞ istehsalı olan "Forest Qamp" ("Forrest Gump") filminin hind versiyası olan "Lal Sinqx Çadha" ("Laal Singh Chaddh") filminin çəkilişləri yarımçıq qalıb. Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri, Türkiyədə davam etdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, filmin çəkilişlərinin böyük bir hissəsi Türkiyədə aparılacaq. Çəkilişlərlə bağlı Türkiyəyə gələn Bollivud ulduzu Əmir Xanı Adana hava limanında pərəstişkarları qarşılayıblar. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb. "3 Səfeh" filmində yaradıcılıq yolları birləşən Karina Kapul bu filmdə də aktyorun tərəf-müqabili olacaq. Filmin rejissoru Advait Çandandır.

Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq.

7
Əlaqədar
Azərbaycanda çox sevilən hind aktyoru ailə üzvləri ilə birgə reanimasiyaya yerləşdirildi
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tramp Bollivud VİDEOsunda - özü paylaşdı
Hind gözəlliyi: Mumbay moda həftəsində parlaq sarilər və kino ulduzları
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi