General Ceyms Mettis

Pentaqon rəhbəri istefaya gedir

117
(Yenilənib 13:18 21.12.2018)
Yeni nazirin adı ən qısa zamanda açıqlanacaq

BAKI, 21 dekabr — Sputnik. Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis istefaya gedəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, Pentaqon rəhbəri 2019-cu il fevralın sonunda vəzifəsindən ayrılacaq: "Ceymsin vəzifədə olduğu vaxtda böyük irəliləyişə nail olunub. General Mettis xüsusilə də "müttəfiqləri və digər ölkələri üzərlərinə düşən hərbi öhdəliklərini yerinə yetirməyə məcbur edə bilib".

Ağ Ev rəhbəri, həmçinin qeyd edib ki, yeni müdafiə nazirinin adı ən qısa zamanda açıqlanacaq.

Xatırladaq ki, C.Mettis Tramp Administrasiyasında iki il işləyib.

117
Teqlər:
Donald Tramp, istefa, nazir, Pentaqon, ABŞ, Ceyms Mettis
Əlaqədar
Pentaqondan Rusiya qarşısında tarixi etiraf
Pentaqon Trampın törətdiyi qətliamları etiraf etdi
Pentaqon Türkiyə ilə bağlı açıqlama verdi
Pentaqon Türkiyəni "S-400"-dən imtina etməyə çağırıb