Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan

Paşinyan Rusiya Belarusla qarşıdurmaya getdi

240
(Yenilənib 04:02 20.12.2018)
Mən ona dedim: Bəs onda dilini niyə ... soxmusan? Vladimir Vladimiroviç Putini tənqid et, ona de.

BAKI, 20 dekabr – Sputnik. Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya cavab verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Rusiya tərəfinin ABŞ-ın Yerevana hansı təzyiqi barədə danışdığını anlamadığını bəyan edib.

Bundan əvvəl Rusiya xarici işlət nazirinin müavini Qriqoriy Karasin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun oktyabr ayında Ermənistana səfərini şərh edərək, Ermənistan tərəfinin ABŞ-ın şantajı və təzyiqinə davam gətirmək üçün özündə cəsarət tapacağına ümid etdiyini vurğulayıb.

“Açığını desəm, məndə sual yaranıb: hansı təzyiq və şantajdan söz açılır. Mən bu informasiyanın nəyə əsaslandığı ilə bağlı rusiyalı həmkarlarımdan məlumat almağa cəhd edəcəm. Ermənistan siyasətini müstəqil şəkildə aparır və bu belə də davam edəcək” – deyə Paşinyan iddia edib.

Ermənistan və Rusiya arasında münasibətlər mövzusunu genişləndirən siyasətçi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisi barəsində açılmış cinayət işini siyasiləşdirməməyə də çağırıb: “O, yerli sakini öldürməkdə şübhəli bilinir. Bizim müstəntiqlər araşdırma aparırlar”.

Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərini də şərh edib. Xatırladaq ki, Lukaşenko dekabrın 14-də keçirdiyi mətbuat konfransı zamanı Paşinyanla söhbətini xatırlayıb: “Mən ona dedim: Nikol, gəl hər şeyin üstündə nöqtəni qoyaq. Azərbaycana silah satışında birinci yeri kim tutur? Rusiya? Mən ona dedim: Bəs onda dilini niyə ... soxmusan? Vladimir Vladimiroviç Putini tənqid et, ona de. Aha, qorxursan?”

“Əmin edirəm ki, cənab Lukaşenkonun suallarına yerindəcə konkret və hər şeyi tam açıqlayan cavablar verilib və mənə elə gəldi ki, o, bu cavablara qane oldu. Sonra nə baş verdiyini isə bilmirəm” – deyə Paşinyan iddia edib. O, Vladimir Putinlə Azərbaycana silah satılması məsələsini də müzakirə etdiyini bildirib.

240
Əlaqədar
Paşinyan Putinlə müzakirə barədə: "Razılaşma yoxdur"
İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə: Girovlar vətənə qaytarılmalıdır
Paşinyan Rusiyada baş tutan söhbətin detallarını açıqladı