Paraşütlə tullanan adam

Binanın damından tullanan gəncin paraşütü açılmadı VİDEO

88
(Yenilənib 21:55 19.12.2018)
Ukraynada 15 yaşlı yeniyetmə ilə bağlı faciəli olay yaşanıb

BAKI, 20 dekabr — Sputnik. Ukraynada 15 yaşlı yeniyetmənin tikilməkdə olan 14 mərtəbəli binanın çardağından paraşütlə tullanması faciə ilə nəticələnib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 15 yaşlı yeniyetmənin tullanarkən paraşüt açılmadığından o yerə çırpılaraq dünyasını dəyişib. Gəncin cansız bədəni isə morqa aparılıb.

Baş verən hadisə ilə bağlı açıqlama verən mütəxəssislər isə bu yüksəkliyin paraşütün açılması üçün yetərli olmadığını bildiriblər.

Dünyasını dəyişən gənc dostlarından biri onun paraşütlə tullanması anını çəkib. Nəticədə, faciəni özündə əks etdirən görüntülər artıq sosial şəbəkələrdə də yayılıb.

 

 

88