Tu-160 təyyarəsinin görünüşü

Rusiyanın Venesueladakı "bazası" göstərildi FOTO

62
(Yenilənib 19:44 19.12.2018)
Rusiyanın belə bir obyekti həqiqətən dəstəkləyəcəyinə dair heç bir zəmanət yoxdur.

BAKI, 19 dekabr — Sputnik. Karib dənizində yerləşən Venesuelanın Orçila adasında Rusiyanın strateji raket daşıyıcılarının olduğu baza var. Bu barədə Sputnik Azərbaycan "The Drive" nəşrinə istinadən xəbər verir.

Rusiya hərbi bazasının peykdən görünüşü
Rusiya hərbi bazasının peykdən görünüşü

Nəşr adanın peyk şəkillərini yayıb. Şəkillərdən adada bazanın hazırlandığı görünür. Belə ki, "Drive" adada son bir neçə ildə baş verən dəyişikliklərə diqqət ayırıb. Belə ki, adada Tu-160-ın əməliyyatlar keçirməsi üçün kifayət qədər uzunluğa malik uçuş-eniş zolağının yaradılmasına diqqət ayırıb.

Qeyd edək ki, bu ayın əvvəlində Rusiya mətbuatı hərbi mənbələrə istinadla Rusiyanın Venesuelada strateji bombardmançı təyyarələr yerləşdirmək niyyətində olduğunu açıqlamışdı.

62