Женщина и ее ребенок в шапках Санта-Клауса позируют для сувенирной фотографии в торговом центре в Пекине, воскресенье, декабрь 25, 2016

Çində Milad bayramı qadağan edildi

45
(Yenilənib 14:40 19.12.2018)
Milad tamaşaları və reklam aksiyalarının keçirilməsinə icazə verilməyəcək

BAKI, 19 dekabr — Sputnik. Çinin Lanfan şəhərinin rəhbərliyi Milad bayramının keçirlməsinə qadağa qoyub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qadağa bayramla bağlı Milad bəzəklərinə, mərasimlərə aid edilib.

Bununla yanaşı, mağzalarda Milad tamaşaları və reklam aksiyalarının keçirilməsinə də icazə verilməyəcək. Santa Klaus fiqurları, Milad şamları və oyuncaq satanları da cəza gözləyir. Küçələrdən bayram bəzəkləri, fiqurlar və s. yığışdırılacaq.

Tədqiqatçı Patrik Lunanın sözlərinə görə, bu addımla Lanfan Pekinə bağlılığını sübut edir: "Bu, onların Miladın xristianlar üçün nə olduğunu bilmədiklərini göstərir. Bu təkcə bazarlıq və şənlik deyil, Milad inancın təzahürüdür".

Qeyd edək ki, xristianların Miladı Çində bayram hesab edilmir.

45
Teqlər:
xristian, qadağa, Milad bayramı, Çin
Əlaqədar
Milad Harçeqani Olimpiadanın yarımfinalında məğlub oldu
Milad süfrəsi: dünyanın hər yerindən ənənəvi reseptlər
Bakıda "Milad səyahəti" əl işləri festivalı keçirilir