Türkiyə ABŞ-dan istədiyini aldı - Böyük anlaşma

© AFP 2023 / MURAD SEZER Türkiyə və ABŞ bayraqları
Türkiyə və ABŞ bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu anlaşma NATO üzrə müttəfiqimizin təhlükəsizliyini gücləndirəcək"

BAKI, 19 dekabr — Sputnik. ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına razılıq verib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi satışın təsdiq edilməsinə dair yazılı açıqlama verib.

Зенитно-ракетный комплекс С-300, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
"S-300"lər Suriyanı qurtaracaq, yoxsa məhv edəcək: "Raket savaşı"nın gizlinləri

Yazılı açıqlamada deyilir ki, ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemlərinin və müvafiq avadanlığın satışını təsdiq etməyə qərar verib. Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi sözügedən satış ilə bağlı Konqresi məlumatlandırıb.

Bundan başqa, sözügedən müdafiə sistemi paketinə radarlar, nəzarət sistemi, atış stansiyası, rabitə avadanlıqları və s. daxil edilib. Bildirilir ki, bu satışın təsdiq olunması Türkiyənin havadan müdafiə qabiliyyətinə əhəmiyyətli çeviklik qazandıracaq.

ABŞ Dövlət Departamentinin bir rəsmisi Türkiyə mətbuatına məsələ ilə bağlı açıqlama verib: "Bu anlaşma NATO üzrə müttəfiqimizin təhlükəsizliyini gücləndirəcək. Bu, müttəfiqləri və tərəfdaşları hava hücumlarından qorumaq səylərinə töhfə verəcək".

O, qeyd edib ki, bu alqı-satqı ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə də töhfə verəcək: "Türkiyə havadan müdafiə qabiliyyətini inkişaf etdirmək, ərazi bütövlüyünü təmin etmək və regional təhdidlərin qarşısını almaq üçün "Patriot"dan istifadə edəcək".

"Təklif olunan satış Türkiyə ordusunun düşmən hücumlarına qarşı qorunmasını və Türkiyənin sərhədləri içində olan NATO müttəfiqlərini qorumaq məqsədli müdafiə qabiliyyətlərini artıracaq" - deyə ABŞ rəsmisi vurğulayıb.

Xəbər lenti
0