Mərkəzi amerikalı miqrantlar

İl ərzində 4 mindən çox insan miqrasiya zamanı ölüb

16
(Yenilənib 19:17 18.12.2018)
İlin əvvəlindən Avropaya 135607 qeyri qanuni miqrant gəlib

BAKI, 18 dekabr — Sputnik. 2018-ci ilin əvvəlindən 4476 miqrant və ya qaçqın yolda vəfat edib. Sputnik Azərbaycan "Anadolu" agentliyə istinadən xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatı məlumat yayıb.

Ötən il ərzində ən çox miqrant Aralıq dənizində ölüb. Bu dənizdə ümumilikdə 2217 nəfər ölüb.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, hər il yüz minlərlə insan əlverişsiz iqtisadi şərtlər, təbii fəlakətlər, siyasi təzyiq, zorakılıq və münaqişələr nəticəsində öz ölkəsini tərk edir.

Bu gün öz vətənini yalnız suriyalılar deyil, həmçinin Cənubi və Mərkəzi Amerika ölkələri, Yəmən sakinləri də tərk edir.

Təşkilat xəbər verir ki, ilin əvvəlindən Avropaya 135607 qeyri qanuni miqrant gəlib. Onlardan 111 237-i dəniz, 24370-si isə quru yolu ilə qitəyə gəlib.

Suriya, Tunis, Eriteriya, Pakistan, İtaq, Konqo, Əfqanıstan, Mərakeş və Mali sakinləri əsasən İspaniya, Yunanıstan və Bolqarıstana gedərək orada yaşamaq uğrunda mübarizə aparır.

16