Oğru 2,5 milyon manatlıq zinət əşyasını uddu

Abunə olmaq
Polislər şübhəlini rentgen etdirməyə məcbur edib cə boyunbağını onun mədəsində tapıblar

BAKI, 18 dekabr — Sputnik. Çində oğru oğurladığı boyunbağını gizlətmək üçün 2,5 milyon manatlıq zinət əşyasını udub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Czeyan şəhərində baş verib. 49 yaşlı Xou və onun 24 yaşlı ortağı Cjou zərgərlik mağazasına girərək 2,5 milyon manatlıq boyunbağı ilə maraqlanıblar.

Oğrulardan biri boyunbağıya açıq havada gün işığı altında baxmaq istədiyini deyib. Onun ortağı isə mağazada qalıb.

Kişi qapıdan çıxan kimi qaçmağa başlayıb. Mağaza əməkdaşları dərhal polis çağırıb. Onlar Cjounu həbs ediblər. Kamera görüntülərinə baxaraq digər cinayətkarın axtarışına çıxıblar.

Xounu ertəsi gün hadisə yerindən 400 kilomert uzaqlıqda yaxalayıblar. Boyunbağı Xounun üzərində olmayıb və o bildirb ki, zinət əşyasının harda olduğunu bilmir. Polislər şübhəlini rentgen etdirməyə məcbur edib və boyunbağını onun mədəsində tapıblar.

Cinayətkara qarşı hələ cinayət işi başlanmayıb.

Xəbər lenti
0