Rusiya vətəndaşlığı almağın çətin yolu açıqlandı

Abunə olmaq
Xaricdə oxuyan Rusiya və vətəndaşları və bu ölkədə təhsil alan əcnəbilərə xoş müjdə verilir

BAKI, 18 dekabr — Sputnik. Rusiyada yüksək universitet dərəcələri qazananlar vətəndaşlıq ala biləcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Rusiyanın daxil işlər nazirinin köməkçisi Aleksandr Qorovoy verdiyi açıqlamada belə deyib. Onun sözlərinə görə, universiteti yüksək nəticələrlə başa vuranlar üçün hazırlanacaq yeni layihədə yüksək universitet dərəcələri alanlara vətəndaşlıq verilməsi məsələsi nəzərə alınacaq.

Bundan başqa, xaricdə təhsil alıb ölkəyə dönəcək vətəndaşlara veriləcək təzminatların artırılacağı da nəzərdə tutulub. Bu təzminat məbləğinin 15 milyon dollaradək artırılması nəzərdə tutulub.

Xəbər lenti
0