Заедание генеральной ассамблеи ООН

BMT Baş Assambleyası Azərbaycanın hazırladığı qətnaməni qəbul edib

130
(Yenilənib 22:30 17.12.2018)
Ailəsi onun media ilə əlaqəsini məhdudlaşdırıb

BAKI, 18 dekabr — Sputnik. BMT Baş Assambleyasının (BA) plenar iclasında Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 62 ölkə sənədə həmmüəllif kimi qoşulub.

Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.

Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur və qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir, eyni zamanda münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.

Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.

Qətnamədə BMT baş katibinin Baş Assambleyanın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alır.

130
ABŞ əsgərləri, arxiv şəkli

Vaşinqtonun Moskva Pekindən qorxmasının səbəbi Çində müzakirə olunub

1
(Yenilənib 15:48 20.09.2021)
"Global Times" yazıb ki, ABŞ Rusiya və Çinin nüvə silahlarından qorxur, ona görə də müharibəyə başlamır.

BAKI, 20 sentyabr — Sputnik. ABŞ nüvə silahlarından qorxduğu üçün Rusiya və Çinlə hərbi toqquşmalardan uzaq durmağa çalışır. Bu barədə "Global Times" qəzetinin jurnalisti Hu Sitzin paylaşıb.

Məqalənin müəllifi bu yaxınlarda ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Con Hayten və ABŞ-ın Sakit okean komandanlığının keçmiş rəhbəri Harri Harris tərəfindən verilən Moskva və Pekin ilə müharibə "bütün planet üçün ən dəhşətli günün" başlanmasına səbəb olacaq açıqlamalarına əsaslanaraq öz fikrini bildirib.

Jurnalist qeyd edib ki, bu cür yüksək bəyanatlar ölkələr arasındakı münasibətlərin gərginliyinin artması fonunda səslənir. Onun sözlərinə görə, cəbhə bölgəsindəki qoşunlar daha çox yaxınlaşır və buna görə də ABŞ təsadüfi toqquşma ehtimalından narahatdır.

Müşahidəçi Haytenin nüvə gücünə malik müharibənin təhlükəsi ilə bağlı söylədiklərinə xüsusi diqqət yetirib. "Başa düşürsünüz? Əslində ABŞ Çin və Rusiyanın nüvə silahlarından qorxur", - deyə Hu Sitzin fikrini yekunlaşdırıb.

Onun sözlərinə görə, güclər arasında hərbi münaqişələrin qarşısını almaq və yüz faiz təhlükəsizliyi təmin etmək üçün Vaşinqton təxribatlardan imtina etməlidir, xüsusən də söhbət Tayvanın muxtariyyətini dəstəkləməkdən və gəmiçiliyin azadlığı bəhanəsi ilə Cənubi Çin dənizində Amerika gəmilərinin mütəmadi olaraq patrul çəkməyindən gedir.

1

Ərdoğan Rusiyaya səfər edəcək

97
(Yenilənib 15:19 20.09.2021)
Peskov bildirib ki, doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya paytaxtı Moskvaya işgüzar səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər: "Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.

Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.

97