Siqaret qadağası

İsveçdə siqaret satışı tamamilə qadağan ediləcək

58
(Yenilənib 14:15 17.12.2018)
Hökumət ümumiyyətlə tütün satışına qadağa qoymağa hazırlaşır

BAKI, 17 dekabr — Sputnik. Skandinaviya ölkəsi olan İsveçdə əhalinin 11 faizi tiryək, 10 faizi isə siqaret istifadəçisidir. Bu barədə rəsmi statistikada qeyd olunur.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 2005-ci ildə İsveçdə qapalı yerlərdə siqaret çəkmək qadağan edilmişdi. 2019-cu ilin iyun ayından isə, qadağanın miqyası genişlənəcək.

Belə ki, idman salonları, restoranlar, qatar stansiyaları və digər yerlərdə siqaret çəkmək qadağan ediləcək. Siqaret çəkənlər üçün xüsusi yerlər hazırlanıb və onlar yalnız orada siqaret çəkə bilərlər.

İsveç hökuməti 2025-ci ildə isə, ümumiyyətlə tütün satışına qadağa qoymağa hazırlaşır.

58
Teqlər:
qadağa, tütün, siqaret
Əlaqədar
Azyaşlılara siqaret və spirtli içki satan mağazaların başı dərddə
Bakı sakinləri siqaretlə bağlı qanuna edilən dəyişiklilər haqqında nə düşünür?
Ar olsun küçədə siqaret çəkənlərə: Getdilərsə, birini yandır
Siqaretlə bağlı yeni cərimələr bu gündən qüvvəyə minir
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

6
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

6
At, arxiv şəkli

Tarixi filmdə rol alan aktrisa atdan yıxıldı

13
(Yenilənib 23:29 02.12.2020)
Serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb. Təlimlər zamanı o atdan yıxılıb.

BAKI, 2 dekabr — Sputnik. Tanınmış türk aktrisası Esra Sönmezer "Kutay" adlı tarixi serialda çəkilməyə başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb.

Lakin təlimlər zamanı atdan yıxılıb. Aktrisa ağır yaralanmadığı üçün Allaha şükür etdiyini və at minməyin çox çətin olduğunu dilə gətirib.

13
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT