Fransada şənbə günü keçirilən aksiyalarda azı 70 minədək insan iştirak edib

© REUTERS / BENOIT TESSIERПротестующий машет французским флагом во время акции "желтых жилетов" в Париже, Франция, 8 декабря 2018 года
Протестующий машет французским флагом во время акции желтых жилетов в Париже, Франция, 8 декабря 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağının qiymətinin bahalaşmasına, vergilərin artırılmasına qarşı çıxan “sarı jiletlilər” hərəkatının kütləvi etiraz aksiyaları keçirilir

BAKI, 16 dekabr - Sputnik. Fransada “sarı jiletlilər”in dekabrın 15-də keçirilən növbəti etiraz aksiyalarında azı 66 min nəfər iştirak edib.

BFM telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, Parisdə etirazçıların sayı 3 min nəfərdən çox olmayıb.

Telekanal qeyd edir ki, ötən şənbə günü nümayişçilərin sayı 126 min nəfərə çatmışdı.

Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağının qiymətinin bahalaşmasına, vergilərin artırılmasına qarşı çıxan “sarı jiletlilər” hərəkatının kütləvi etiraz aksiyaları keçirilir. Nümayişlər bir sıra hallarda polislə toqquşmalar və iğtişaşlarla müşayiət olunur. Son məlumata əsasən, aksiyaların gedişində indiyədək 7 nəfər həlak olub, 4,5 mindən çox etirazçı saxlanılıb.

Xəbər lenti
0