Qadın klinikada hamilələiyini müayinə etdirir, arxiv şəkli

Qanun layihəsi qəbul edildi, aborta icazə verilir

108
(Yenilənib 19:49 14.12.2018)
Təcrübədə bu o demək idi ki, təcavüz qurbanı olan qadınlar belə abort edə bilməzdi

BAKI, 14 dekabr — Sputnik. İrlandiya parlamenti aborta icazə verən qanun layihəsini qəbul edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qanun layihəsinə 350 dəyişiklik təklif edilsə də, onlardan ancaq bir neçəsi qəbul edilib. İlk növbədə, qanundan hamiləliyin süni şəkildə dayandırılmasına icazə verən həkim tərəfindən edilməsi ilə bağlı şərt çıxarılıb.

İrlandiyanın səhiyyə naziri Saymon Harris qərarı tarixi məqam adlandırıb. Onun sözlərinə görə, qadın sağlamlığında yeni əsr başlanılıb.

Hazırda sənəd imzalanması üçün ölkə prezidentinə göndərilib. Bundan sonra qanun qüvvəyə minəcək.

Qeyd edək ki, qanuna görə, hamiləliyin 12 həftəyə qədər dayandırılmasına icazə verilir. 12 həftədən sonra da hamiləliyin süni şəkildə sonlandırılmasına icazə veriləcək. Amma bu zaman ya ananın, ya da uşağın səhhətində çox ciddi problem olmalıdır.

Xatırladaq ki, 1983-cü ildə Konstitusiyaya 8 dəyişiklik edilmişdi. Bu dəyişikliyə görə, ana və bətnindəki embrion eyni hüquqa malik idi. Təcrübədə isə bu o demək idi ki, təcavüz qurbanı olan qadınlar belə abort edə bilməzdi.

108