Türkiyə ordusu Suriya sərhədində

Türkiyə qoşunları Suriya sərhədinə çatdı

147
(Yenilənib 19:17 14.12.2018)
Ərdoğanın əməliyyat açıqlamasından sonra hərbi birliklər Suriya sərhədinə göndərilib

BAKI, 14 dekabr — Sputnik. Türkiyənin müxtəlif bölgələrindən yola çıxan hərbi birliklərin ilk hissəsi Suriya sərhədinə çatıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Suriyanın şimal-şərqində bir neçə gün içərisində əməliyyata başlayacağını açıqlamasından sonra hərbi birliklər Suriya sərhədinə göndərilib.

Ərdoğan deyib ki, Fəratın şərqində PYD/YPG terror təşkilatının nəzarətindəki bölgədə aparılacaq əməliyyat bir neçə gün ərzində başlayacaq. Bu açıqlamadan sonra başda Hatay və Kilis bölgələri olmaq üzrə bir çox hərbi birliklər Suriya sərhədindəki Şanlıurfaya göndərilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında 550 kilometrlik sərhəd zolağını işğal edən PKK terror təşkilatına qarşı əməliyyata hazırlaşır.

Əməliyyat zamanı əsas hədəf Tel Abyad, Rasul Ayn və Ayn el Arab bölgələri olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri güclü zərbələrlə dağıdılacaq.

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton blokların aradan qaldırılması işləri də başlayıb. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq.

147
Əlaqədar
ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi
Politoloq: “Türkiyə Suriyada müqavimətlə qarşılaşa bilər”
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

1
(Yenilənib 13:29 06.08.2020)
Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

BAKI, 6 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 39819-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 233 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 772-yə çatıb. Xəstəlikdən sağalanların sayı 31556 olub. Hazırda bu ölkədə 7263 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,8 milyonu keçib, 707 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Kaska, arxov şəkli

Ermənistanda hərbçilər qəzaya düşdülər Ölən yaralılar var

11
(Yenilənib 12:52 06.08.2020)
Qəza nəticəsində 1 hərbçi ölüb, 3 nəfər isə yaralanıb. Qeyd olunur ki, hərbçilərin hamısı müddətdən artıq xidmət edənlər olub.

BAKI, 6 avqust — Sputnik. Ermənistanın şimalında hərbçinin ölümü və yaralanması ilə nəticələnən yol qəzası baş verib. Sputnik Ermənistan xəbər verir ki, qəza Gümrü-Spitak yolunda baş verib.

Məlumata əsasən, qəza nəticəsində 1 hərbçi ölüb, 3 nəfər isə yaralanıb. Qeyd olunur ki, hərbçilərin hamısı müddətdən artıq xidmət edənlər olub.

11
Manat, arxiv şəkli

Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb

0
(Yenilənib 14:11 06.08.2020)
"Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək

BAKI, 6 avqust — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC, "Amrahbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 avqust 2020-ci il tarixinə "Kapital Bank" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Sputnik Azərbaycan-a məlumat verilib.

Ləğv prosesində olan "Atabank" ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, "Amrahbank" ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib. Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə 01 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan "AG Bank" ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, "NBC Bank" ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adı çəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək.

Həmçinin, "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək.

0