Petro Poroşenko

Yandex Poroşenkonu “dəfn etdi”

20
(Yenilənib 19:00 14.12.2018)
Ukrayna prezidentinin ölüm tarixi 11 dekabr kimi göstərilib

BAKI, 14 dekabr — Sputnik. "Yandex" Petro Poroşenkonun ölüm tarixini müəyyən edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Yandex" axtarış sistemi Ukrayna prezidenti Petro Poroşenkonu artıq "dəfn edib".

Bu, Twitter istifadəçilərinin diqqətini çəkib.

Mikroblogerlərdən biri ölkə başçısının soyadını axtarış sisteminə vurduğu zaman "Yandex"-in avtomatik olaraq onu Vikipediyaya yönləndirdiyini, burada isə onun ölüm tarixinin qeyd olunduğunun fərqinə varıb. Poroşenkonun ölüm tarixi 11 dekabr kimi göstərilib.

Amma yanlışlıq artıq düzəldilib və hazırda Vikipediyada Poroşenkonun ölüm tarixi görünmür.

20
Teqlər:
ölüm, Petro Poroşenko, Yandex
Əlaqədar
Poroşenko Ukraynada hərbi vəziyyət elan etdi
Poroşenko: "Rusiya ilə geniş miqyaslı müharibə ola bilər"
Poroşenko Rusiya ilə bağlı son qərarı verdi
Putin Poroşenko ilə danışmamasının səbəbini açıqladı