Lotereya, arxiv şəkli

Yuxusuzluq qadına lotereyada qalibiyyət gətirdi

99
(Yenilənib 19:58 13.12.2018)
72 yaşlı tibb bacısı yuxuda gördüyü rəqəmlə 13 min dollar uddu

BAKI, 14 dekabr — Sputnik.  ABŞ Meriland ştatında yaşayan Ounqs Mils lotereyada qəribə şəkildə qalib olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, o, lotereya biletində cekpot udaraq, bir neçə min dollar qazanıb. Buna görə isə o, qaldığı yuxusuz gecələrə minnətdardır.

Məsələ ondadır ki, 72 yaşlı qadın yuxusuzluqdan əziyyət çəkirmiş və heç vaxt yatağına vaxtında uzanmırmış. Tibb bacısı işləyən qadın həmin gecə də, növbə ərəfəsində tez yatmaq istəsə də, mümkün olmayıb. “Mən tez-tez saata baxırdım və yata bilmədiyimə görə, əsəbiləşirdim. Sonuncu yadımda qalan rəqəm axşam saat 11:56 idi” – deyə qadın əlavə edib.

Bu rəqəm onun beyninə həkk olub və qadın ertəsi gün lotereya bileti üçün köşkə üz tutub. Qadın virtual at yarışlarında iştirak edib, 11, 5 və 6 nömrələrini işarələyib. Nəticədə, bütün qalibləri düz taparaq, 13323 dollarlıq cekpotu udub.

99
Əlaqədar
İki dəfə lotereyada cek-pot udan şəxsdən məsləhət…
Bir ildə lotereyadan iki dəfə qazandı və milyonçu oldu
Yuxusunda rəqəmlər gördü, lotereyada 9 milyon uddu
Lotereya naməlum Kanada sakinini milyonçu edib