Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Rusiya Türkiyənin planlaşdırdığı əməliyyata münasibət bildirdi

316
(Yenilənib 18:46 13.12.2018)
O, Rusiyanın Türkiyə ilə Suriya məsələsində hər sahədə əlaqədə olduqlarını vurğulayıb

BAKI, 14 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Suriyanın şimal-şərqində, Fərat çayının şərq sahilində planlaşdırdığı əməliyyata münasibət bildirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, rusiyalı sözçü Türkiyənin planlaşdırdığı əməliyyatla bağlı deyib: "Anti-terror əməliyyatların həyata keçirilməsi, o cümlədən Suriya ilə bağlı bütün məsələlərdə türkiyəli tərəfdaşlarımızla əlaqələri davam etdiririk".

O, Rusiyanın Türkiyə ilə Suriya məsələsində hər sahədə əlaqədə olduqlarını vurğulayıb.

Zaxarova bəzi məsələlərdə Türkiyə ilə Rusiyanın mövqeyinin yaxın olduğunu, digər mövqelərdə də yaxınlaşmağa çalışdıqlarını söyləyib.

316
Əlaqədar
Paşinyanın Türkiyə açıqlaması siyasi ritorikadır - Politoloq şərhi
Türkiyə Paşinyana rədd cavabı verdi
Türkiyə yeni hərbi dəniz bazasının inşasına başlayıb
ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi