Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Alimlər məşhur qəhrəmanın alkoqolizmdən əziyyət çəkdiyini müəyyən edib

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidГолливудский актер Пирс Броснан
Голливудский актер Пирс Броснан - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər eyni zamanda Bond hər zaman işdə stress halında olduğuna görə Böyük Britaniyanın MI6 xarici siyasi kəşfiyyatını da tənqid edib

BAKI, 13 dekabr — Sputnik. Ceyms Bond xroniki alkoqolizmdən əziyyət çəkir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu nəticəyə Otaqo universitetinin alimləri onun 24 filmini analiz etdikdən sonra gəlib.

Ekspertlər qeyd edir ki, qəhrəmanın içki içən yerdə 109 görüntüsü göstərilib. Orta hesabla o hər filmdə 4,5 dəfə alkoqollu içki içib. Aktyor 2008-ci il istehsalı olan "Kvant mərhəməti" filimində rekord həddə içki qəbul edib. Aktyor filmdə 24 şüşə içki içib və bu da 240 millilitr təmiz etanol deməkdir. Mütəxəssislərin fikrincə, bu qədər içki qanda spirtin həddini ölümcül səviyyəyə qaldıra bilər.

Alimlər eyni zamanda Bond hər zaman işdə stress halında olduğuna görə Böyük Britaniyanın MI6 xarici siyasi kəşfiyyatını da tənqid edib. Onların fikrincə, qəhrəmanın təhlükəli tryuklarını və maşını sürətlə sürməsini də alkoqolizmlə əlaqələndirmək olar.

Xəbər lenti
0