Şəhər əhalisi

Alman şəhərinin küçələri şokolada qərq oldu

24
(Yenilənib 18:02 12.12.2018)
Hadisə yerli şirniyyat fabrikində "kiçik texniki qüsur" səbəbilə baş verib

BAKI, 12 dekabr — Sputnik. Almaniyanın Vestyonnen şəhərinin küçələrinə 1 tondan artıq ərinmiş şokalad tökülüb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerli şirniyyat fabrikində "kiçik texniki qüsur" səbəbilə baş verib. Südlü şokalad çəndən axıb.

O tez quruduğu üçün kommunal təsərrüfat işçiləri asfaltdan şokoladı isti su vasitəsilə təmizləməli olub.

Məlumata görə, fabrik gün ərzində normal iş rejimində çalışacaq.

 

24