Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi

ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi

45
(Yenilənib 14:04 12.12.2018)
Ancaq yaradılan müşahidə nöqtələrinin sayı və konkret yeri haqqında məlumat verilməyib

BAKI, 12 dekabr — Sputnik. ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Rob Meninqin mərtbuat açıqlamasında deyilir.

"Müdafiə naziri Ceyms Mettisin əmri ilə ABŞ Suriyanın şimali-şərq sərhəd bölgəsinə NATO-dakı müttəfiqimiz Türkiyənin təhlükəsizlik problemini həll etmək üçün müşahidə nöqtələri yerləşdirib" - deyə o qeyd edib.

Ancaq yaradılan müşahidə nöqtələrinin sayı və konkret yeri haqqında məlumat verilməyib.

Xatırladaq ki, ABŞ-ın Türkiyə Suriya sərhədinə müşahidə nöqtələrinin yerləşdiriləcəyini Mettis noyabr ayında elan etmişdi. Həmin vaxt nazir bildirmişdi ki, bunun üçün əlavə hərbçi göndərilməsinə ehtiyac yoxdur.

45
Teqlər:
NATO, Ceyms Mettis, müşahidə, Türkiyə-Suriya sərhədi, ABŞ
Əlaqədar
Türkiyə sərhədi yaxınlığında bombardıman
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi
Suriya-Türkiyə sərhədi qana boyandı
Türkiyə xüsusi təyinatlıları sərhədi keçdilər
Bayraq festivalı

"Eşkiya dünyaya hökmdar olmaz"ın İlyas Çakırbeylisi Azərbaycan gerbini hazırladı

19
(Yenilənib 00:43 22.01.2021)
Məşhur aktyor iş prossesini özünün "instagram" hesabında paylaşım edib: "Yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər".

BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.

View this post on Instagram

A post shared by Ozan Akbaba (@ozanakbaba)

Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.

19
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

8
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

8
Polis əməkdaşları, arxiv şəkli

Hələ onlar düşünən qədər "yumşalmamışıq" - polis saxladıqları barədə məlumat yaydı

0
Karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda yoxlamalar davam edir. Yumşalma şərtləri elan olunsa da, görünən odur ki, iki mindən çox adam onları yanlış anlayıb

BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə yanvarın 18-dən tətbiq edilən yumşaldılmaları bəzi vətəndaşlarımız yanlış anlayıblar.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.

Yanvarın 21-də postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıb. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edib.

0