Fransa prezidenti Emmanuel Makron

Fransada matəm elan olundu

60
Ölkə üzrə bayraqlar yarıyadək endiriləcək

BAKI, 12 dekabr — Sputnik. Ötən gün Fransanın Strasburq şəhərində 3 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar Fransada matəm elan olunub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ölkə prezidenti Emmanuel Makron baş verən hadisələrə "Twitter" sosial şəbəkəsi üzərindən də münasibət bildirib.

Hadisə qurbanlarının ailəsinə dərin hüznlə başsağlığı verən Makron qeyd edib ki, matəmlə əlaqədar ölkədə bayraqlar yarıyadək endiriləcək. Prezident, həmçinin vətəndaşları həmrəy olmağa səsləyib.

Xatırladaq ki, ötən gün Fransada terror aktı törədilib. Nəticədə 3 nəfər həlak olub, 12 nəfər yaralanıb. Baş verən hadisədən sonra Makron fövqəladə iclas çağıraraq hökumət təmsilçiləri ilə problemi müzakirə edib.

60
Əlaqədar
Fransada fövqəladə vəziyyət elan olundu
Fransa polisindən həyəcan siqnalı: Kimsə evdən çıxmasın
Fransada etirazçılar yeni və daha radikal tələb irəli sürüblər