Jandarma polis

Strasburqun mərkəzində insanları güllələdilər VİDEO

102
(Yenilənib 01:53 12.12.2018)
Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

BAKI, 12 dekabr - Sputnik. Fransanın Strasburq şəhərinin mərkəzində naməlum şəxs insanları güllələyib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, olay Milad bayramı ilə yarmarkanın keçirildiyi Klebera meydanında baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Atəş açan şəxs qaça bilib və hazırda polis onu axtarır. Onun yoldan keçənlərə avtomatdan atəş açdığı bildirilir. Şahidlər bildirilər ki, atışma 10 dəqiqə davam edib.

Polis hər yeri mühasirəyə alıb. İnsanlara evdən çıxmamaq tövsiyə olunub.

102