S-300, arxiv şəkli

Rusiyanın "S-300"-ü göydə partladı VİDEO

315
(Yenilənib 20:33 11.12.2018)
S-300 raket kompleksi 1975-ci ildən istifadə olunur

BAKI, 12 dekabr — Sputnik. Rusiyanın Həştərxan vilayətində yerləşən poliqonda raket partlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisənin videosunu "Avia.Pro" portalı yayımlanıb.

Hələlik Rusiya Müdafiə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb. Bununla yanaşı, hərbi dairələrdəki mənbə raketin gözlənilmədən havadaca partladığını açıqlayıb

Məlumata əsasən atışlar bazar ertəsi, dekabrın 9-da Kapustin Yar poliqonunda həyata keçirilib. Raket poliqondan kənara düşməyib.

S-300 raket kompleksi 1975-ci ildən istifadə olunur. Komplekslər 75-200 kilometr uzaqlıqda olan müxtəlif hündürlükdə olan hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.

Digər məlumata görə, partlayan raket S-350 “Vityaz” olub. Bu raket S-300 raketlərini əvəz etməliymiş.

315