İntihar kəndiri, arxiv şəkli

Sumqayıtda məşhur şəxsin qardaşı oğlu asılmış vəziyyətdə tapılıb

216
(Yenilənib 18:37 11.12.2018)
Mənzildə tək yaşayan oğlanın intihar etdiyi ehtimalı var

BAKI, 11 dekabr — Sputnik. Sumqayıtda cavan oğlan yaşadığı mənzildə asılmış vəziyyətdə tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. Hadisənin intihar olduğu ehtimal edilir.

Faciə şəhərin 36-cı kvartalında, Sumqayıt Polis İdarəsinin 36-cı bölməsinin ərazisində baş verib. Dekabrın 10-da şəhər sakini Qədiməliyev Murad İlqar oğlu öz mənzilində asılmış vəziyyətdə aşkarlanıb. Hazırda hadisənin intihar olub-olmadığı araşdırılır. Həmçinin istintaq orqanları gənci intihara sürükləyən səbəblər üzərində işləyir.

Hələlik yalnız o məlumdur ki, hadisə baş verən gün Qədiməliyev evdə tək olub. O, Sumqayıt şəhərində açar ustası kimi məşhur olan Bayram Qədiməliyevin qardaşı oğludur.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

216