Fransada etirazlar

Etirazlar bəhrəsini verdi Minimum əmək haqqı artırılacaq

60
(Yenilənib 20:28 11.12.2018)
Fransa prezidenti səhvini etiraf etdi

BAKI, 11 dekabr — Sputnik. Fransa prezidenti Emanuel Makron "sarı jiletlilər"in üsyanını yatırtmaq üçün daha güclü üsullardan istifadə edəcəklərini açıqlayıb. Sputnik Azərbaycan-ın fransız mediasına istinadən xəbərinə görə, Makron iqtisadi və sosial vəziyyətlə əlaqədar olaraq 2019-cu ildən etibarən minimum əmək haqqının 100 avro artırılacağını vəd edib.

Makron həmçinin bu üsyanın baş verməsi ilə əlaqədar olaraq öz səhvlərini də etiraf edib. O bildirib ki, onun işsizlərlə bağlı bir müddət öncə verdiyi açıqlama qəzəbə səbəb olub: "Dediyim sözlərə görə, məsuliyyətimi dərk edirəm. Bəzi açıqlamalarda səsləndirdiyim sərt fikirlərlə insanları incitmişəm".

Xatırladaq ki, bir müddət öncə Fransa prezidenti Emanuel Makron "işsiz şəxslərin yalnız küçələrdə dolaşaraq iş tapmalarına ehtiyac var" – deyə bildirmişdi. O həmçinin bəzi işsizləri tənbəl də adlandırmışdı.

60
Teqlər:
etiraz, əməkhaqqı, Emmanuel Makron, Fransa
Əlaqədar
Fransa silkələnməyə davam edir - VİDEO
Fransa "yanır" – Daha bir qrup küçəyə çıxma qərarı verdi
Fransa paytaxtına zirehli texnika yeridildi