İrəvan

Ermənistanda qətlə görə rus hərbçi tutuldu

48
(Yenilənib 17:30 11.12.2018)
Rusiyanın Ermənistandakı səfirliyi və Rusiya bazasının nümayəndələri məsələni şərh etmir

BAKI, 11 dekabr — Sputnik. Rusiyanın 102-ci bazasının hərbçisi Ermənistanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hərbçi digər şəxsə ölümlə nəticələnən ağır xəsarətlər yetirməkdə ittiham olunur.

Məlumatı Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlərlə əlaqələr üzrə aparatının rəhbəri Arevik Xaçatryan təsdiqləyib: "Rusiyalı hərbçi saxlanılıb. O, şübhəli şəxs statusundadır. O, həbs olunmayıb, saxlanılıb".

Hələlik Rusiyanın Ermənistandakı səfirliyi və Rusiya bazasının nümayəndələri məsələni şərh etmir.

48