Ermənistanın baş naziri Nikol Paşinyan

Türkiyə Paşinyana rədd cavabı verdi

788
(Yenilənib 16:18 11.12.2018)
“Azərbaycanın işğal olunmuş ərazilər azad olunmayanadək regionda sabitlik ola bilməz”

BAKI, 11 dekabr — Sputnik. Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır: “Azərbaycanın işğal olunmuş ərazilər azad olunmayanadək regionda sabitlik ola bilməz”.

Bundan başqa, o da vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir “soyqırımı” olmayıb.

788
Teqlər:
şərt, cavab, Nikol Paşinyan, Türkiyə
Əlaqədar
Biz kimə etibar edə biləcəyimizi bilməliyik – Paşinyan KTMT barədə
Paşinyan Rusiyada baş tutan söhbətin detallarını açıqladı
Paşinyan böyük üstünlüklə qalib gəldi
İlham Əliyevlə Nikol Paşinyan arasında mühüm müzakirə: Girovlar vətənə qaytarılmalıdır