İran ballistik raketi, arxiv şəkli

İran ballistik nüvə sınağını həyata keçirib

22
(Yenilənib 14:34 11.12.2018)
İran ABŞ-ın sanksiyalarına məhəl qoymadan nüvə sınağını həyata keçirir

BAKI, 11 dekabr — Sputnik. İranın İnqilab Keşikçiləri Qvardiyasının kommandiri ötən gün ballistik nüvə sınağının reallaşması ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, İKQ komandiri Əmirəli Hacızadə "Fars News"a verdiyi açıqlamada belə deyib: "Biz nüvə testi ilə bağlı tutduğumuz vəzifəni lazımınca yerinə yetiririk. Son sınaq testimiz də mühüm əhəmiyyətə malik idi".

Onun sözlərinə görə, ABŞ-ın bütün etirazlarına, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, İran bu il ərzində dəfələrlə nüvə sınağını həyata keçirib. Ə.Hacızadənin sözlərinə görə, rəsmi Tehran tərəfindən il ərzində 50 nüvə sınağı reallaşdırılıb.

Xatırladaq ki, bu ilin mayındna etibarən ABŞ prezidenti Donald Tramp İranla bağlanan nüvə sazişindən geri çəkilərək 3 mərhələdə bu ölkəyə sanksiyalar həyata keçirib.

22
Əlaqədar
"Rusiya başqa ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcək"
ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarə göndərib
İmperiyanın nüvə silahı ilə məhvi planı olub - Gizli sənədlər açıqlandı