Руфат Исмаил

Cenifer Lopez digərlərini heyran edə bilmiş azərbaycanlı

6742
(Yenilənib 19:13 10.12.2018)
Rüfət İsmayılın əl işləri Beyonsedən tutmuş Cenifer Lopezə qədər hər kəsi valeh edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Çox sayda dünya şöhrətli ulduz hazırda Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayılın hazırladığı geyimləri seçməyə davam edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Beyonsedən sonra Cenifer Lopez, Avril Lavin və bir çox digər dünya ulduzları modelyerin yeni kolleksiyasından olan geyimləri seçməyə başlayıblar. İsmayıl hesab edir ki, onun hazırladığı geyimlər Nyu-Yorkda keçirilən Moda Həftəsindən sonra xaricdə, xüsusilə də ABŞ-da böyük populyarlıq qazanıb.

Bu günlərdə amerikalı məşhur reper, daha çox "Juicy J" adı ilə tanınan Cordan Hyustonun həyat yoldaşı Ricayna Perera da İsmayılın kolleksiyasından geyinib. O, Amerikada prestijli mükafatın təqdimat mərasiminə İsmayılın kolleksiyasından olan qara ziyafət geyimində qatılıb.

Braziliyalı model Alana Tapigliani də öz yeni fotosessiyasında dizaynerin açıq-saçıq qara paltarına üstünlük verib.

Amerikalı müğənni, rəqqasə, ictimai xadim, mahnıların müəllifi, "Fifth Harmony girls brend"in işitrakçısı Loren Huregi (Lauren Jauregui) də öz yeni albomu üçün etdiyi fotoçəkilişlərdə dizaynerin kolleksiyasından açıq geyim seçib.

Посмотреть эту публикацию в Instagram

#Repost @laurenjauregui in #afffair

Публикация от By Rufat İsmayil (@afffair.fff)

Amerikalı müğənni, prodüser, rəqqasə və model Aşanti Duqlas konsertində çıxış edərkən dizaynerin yaşıl daşlarla bəzədilmiş geyimini seçib. İfaçının sözügedən geyimi geyindiyi albom yarım milyon tirajla satılıb.

Посмотреть эту публикацию в Instagram

@ashanti looking stunning in #afffair 🔥🔥🔥 style by @wilfordlenov ❤️ @elipeacock

Публикация от By Rufat İsmayil (@afffair.fff)

Amerikalı model, müğənni Erika Kostell məşhur "Victoria's Secret" brendinin tədbirini dizaynerin hazırladığı mini donda ziyarət edib.

Посмотреть эту публикацию в Instagram

@erikacostell wearing #afffair dress #victoriasecretfashionshow #victoriasecretangel #poweroffire

Публикация от By Rufat İsmayil (@afffair.fff)

Modelyer əmindir ki, onun hazırladığı geyimlərə üstünlük verən ulduzların sayı getdikcə artacaq. Ən əsası isə o, öz məqsədinə çatmaq - dünya şöhrətli modelyer olmaq yolunda iri addımlarla irəliləyir.

Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.

Rüfət İsmayıl bu yaxınlarda Azərbaycanı Nyu-Yorkda keçirilən moda həftəsində uğurla təmsil edib. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.

6742