Həblər, arxiv şəkli

Liseydə kütləvi zəhərlənmə olub

97
(Yenilənib 17:35 10.12.2018)
Tələbələr qidadan zəhərlənib

BAKI, 10 dekabr — Sputnik. Konyada Ereğli ilçəsində kütləvi zəhərlənmə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İvriz Sosial Elimlər Liseyində 360 tələbə oxuyur. Bu tələbələrdən çoxu liseydə qalaraq təhsil alır.

Bir neçə gün əvvəl səhər saatlarında tələbələrdən çoxunda mədə bulantısı, qusma halları baş verib. Nəticədə bir neçə tələbə xəstəxanaya aparılıb. Xəstələrə ilkin tibbi yardım göstərilib. Məlum olub ki, tələbələr həmin günü mərci, plov yeyiblər. Onlar qidadan zəhərləniblər.

97
Əlaqədar
Uşaq bağçasında kütləvi zəhərlənmə baş verdi
Zaqataladakı kütləvi zəhərlənmə ailəvi istirahət mərkəzində baş verib?
Rəsmi bəyan: Azərbaycanda sudan kütləvi zəhərlənmə təhlükəsi yoxdur