Raket əleyhinə kompleks

Trampın “əməyinin” bəhrəsi İran raket sınağını 2 dəfə artırıb

85
(Yenilənib 18:18 09.12.2018)
İran 5 kiçik mənzilli raketi də sınaqdan keçirib. Ümumilikdə İran bu il ötən illə müqayisədə raket sınaqlarının sayını iki dəfə artırıb.

BAKI, 9 dekabr — Sputnik. İran bu il azı 7 dəfə orta mənzilli raketləri sınaqdan keçirib və bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd ola bilər.

Sputnik Azərbaycan-ın "Welt am Sonntag" qəzetinə istinadən verdiyi məlumata görə, raketlərdən bəziləri Avropa İttifaqının cənub-şərq ölkələrinin ərazisinə çata bilər.

Məlumata əsasən, İran 5 kiçik mənzilli raketi də sınaqdan keçirib. Ümumilikdə İran bu il ötən illə müqayisədə raket sınaqlarının sayını iki dəfə artırıb.

Qeyd edək ki, dekabrın 2-si ABŞ dövlət katibi Mayk Pompeo İranı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib: "İran indicə bir neçə döyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Orta mənzilli ballistik raketi sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur".

Onun sözlərinə görə, ABŞ "bu cür hərəkətləri pisləyir və nüvə silahının çatdırılması üçün nəzərdə tutulan ballistik raketlərlə bağlı bütün əməliyyatları dərhal dayandırmağa çağırır İran".

85
Teqlər:
ballistik raket, sınaq, raket, İran
Əlaqədar
İran yeni döyüş gəmisini Bəsrə körfəzinə göndərdi
Politoloq: “ABŞ sanksiyaları İran üçün yaxşı heç nə vəd etmir”
BMT-nin Təhlükəsizlik Şurasında İran müzakirə olunub - Ballistik raketə görə
İran radikal qərar qəbul edib