Britaniya bayrağı Londondakı evlərdən birinin pəncərəsindən asılıb

Rusiyalı biznesmenlər çökdürülür London sanksiyalara başlayır

109
(Yenilənib 16:20 08.12.2018)
Onların Böyük Britaniyada sərbəst gəzmək və işləmək imkanı məhdudlaşdırılacaq

BAKI, 8 dekabr — Sputnik. Böyük Britaniya xüsusi xidmət orqanları Kremlə yaxın olan rusiyalı biznesmenlərə qarşı təzyiqi artırmaq niyyətindədir. Bu barədə Sputnik Azərbaycan "The Daily Telegraph"-a istinadən xəbər verir.

Xüsusi xidmət orqanlarının hazırladığı siyahıda Roman Abramoviç, Alişer Usmanov, Oleq Deripaska, Boris və Arkadiy Rotenberqlərin də adları var.

Nəşr yazır ki, siyahı baş nazir Tereza Meyə verilib və o bu siyahını təsdiqləyib. İndi isə London bu sənədi tərəfdaş ölkələrə vermək niyyətindədir.

Məlumata əsasən siyahıda olan şəxslərin Böyük Britaniyada sərbəst gəzmək və işləmək imkanı məhdudlaşdırılacaq.

109
Teqlər:
London, milyarder, Sanksiya, Rusiya
Əlaqədar
Qərar verildi – Rusiya Ukraynaya sanksiya tətbiq edir
Türkiyə Rusiya vətəndaşlarına sanksiya tətbiq etməyəcək
ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya ilə bağlı açıqlama
Münasibətlər daha da pisləşə bilər: Rusiyaya qarşı yeni sanksiya hazırlanır
Aktrisa Alissa Milano, arxiv şəkli

COVID-19 bu amerikalı ulduzdan da yan keçmədi

17
(Yenilənib 22:42 11.08.2020)
"Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Dünyanı cənginə alan koronavirus (COVID-19) bəlası Amerikanın məşhur aktirisası Alissa Milanodan da yan keçməyib.

Virus nəticəsində aktirisanın saçları tökülüb. Ulduz saçının necə töküldüyünü göstərmək üçün instaqram səhifəsində video paylaşıb. Tanınmış aktirisa izləyicilərini maska taxmağa çağırdı. Milano, xəstəlik simtonlarını aprel ayında hiss etməyə başlayıb. Virusa görə test etdirən aktirasanın nəticələri pozitiv çıxıb. Xəstəliyinin hələ də davam etdiyini bildirən aktirisa bunları deyib: "Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Qeyd edək ki, A.Milano "Kommando", "Alatoranlıq vaxtı", "Şöhrətin parıltısı", "Gəlini öp", "Patologiya", "Köhnə Yeni il", "Qorxu" və s. filmlərində rol alıb.

17
Beyrutda partlayış, arxiv şəkli

Beyrutda ölənlərin sayı yenə artdı

11
(Yenilənib 19:45 11.08.2020)
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

BAKI, 11 avqust — Sputnik. Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 171-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, daha 30-40 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

11
Xəzər dənizi, arxiv şəkli

Pandemiya dövründə Xəzərin perspektivləri

0
Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə tədbir keçiriləcək.

Avqustun 12-si Beynəlxalq Xəzər dənizi Günü kimi qeyd olunur. Pandemiyadan əvvəlki dövrdə həmin gündə regional problemlərin müzakirəsinə həsr olunmuş böyük sammit və konfranslar təşkil edilirdi. Yeni şəraitdə tərəflər əməkdaşlığın perspektivlərini onlayn rejimdə nəzərdən keçirməkdə davam edirlər.

Bununla belə, karantin tədbirlərinin tətbiqinə və region ölkələri arasında birbaşa əlaqələrin məhdudlaşdırılmasına baxmayaraq, Xəzərdə yük dövriyyəsi inkişaf etməkdə davam edir. Resurs bazasının iqtisadi mənimsənilməsi də dayanmır, iri beynəlxalq enerji layihələri həyata keçirilir.

Bu gün Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə avqustun 14-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Bakı-Nur-Sultan-Moskva onlayn videokörpüsündə danışacaqlar:

Bakıda:

- Bakı Dövlət Univesitetinin professoru, İqtisadi coğrafiya kafedrasının müdiri, elmlər doktoru Çingiz İsmayılov;

Nur-Sultanda:

- Qazaxıstan Respublikasının İlk Prezidenti Fondu yanında Dünya iqtisadiyyatı və siyasəti İnstitutunun eksperti Jumabek Sarabekov;

Moskvada:

- Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa bölgələrinin Öyrənilməsi Mərkəzinin elmi işçisi Stanislav Pritçin.

Spikerə suallar əvvəlcədən bu elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Kontaktlar:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

0