Mark Milley

Tramp özünə yeni general tapdı

25
(Yenilənib 15:52 08.12.2018)
Mark Milleyin ABŞ prezidenti Donald Trampla çox yaxşı əlaqələrə malik olduğu bildirilir

BAKI, 8 dekabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp quru qoşunları komandanı, general Mark Milleyi Birləşmiş Qərargahlar Komitəsinin rəisi postuna namizəd seçib. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Trampın bu qərarını sabah quru və dəniz qoşunlar arasında oynanılacaq futbol oyunu zamanı elan edəcəyi gözlənilir. Baş Qərargah rəisi postuna namizədin gələn ilin ortalarında açıqlanması gözlənilərkən, müvafiq qərar Pentaqonda böyük sürprizlə qarşılanıb.

Mark Milleyin ABŞ prezidenti Donald Trampla çox yaxşı əlaqələrə malik olduğu bildirilir. O, həmçinin ABŞ ordusunda nüfuza malikdir və qadınların qaynar nöqtələrdə xidmət aparmasına verdiyi dəstəyə görə tanınır.

25