Konsert faciə ilə bitdi: 6 ölü, 120 yaralı - VİDEO

© AFP 2023 / Luca PRIZIAİtaliyada gecə klubunda basabas zamanı 6 nəfər həlak olub
İtaliyada gecə klubunda basabas zamanı 6 nəfər həlak olub - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan onlarla şəxsin vəziyyətinin ağır olduğu bildirilir

BAKI, 8 dekabr — Sputnik. İtaliyanın Ankona vilayətində rep konsertində düşən basabas zamanı 6 nəfər ölüb, təxminən 120 nəfər yaralanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Canluici Buffon - Sputnik Azərbaycan
İtaliya əfsanəsi Fransaya köçdü

Faciə Korinaldo şəhərində "Lanterna azzurra" diskotekasında hip-hop ifaçısı Sfera Ebbastanın konserti zamanı baş verib. Hadisə şahidlərinin sözlərinə görə, konsert zamanı naməlum şəxs havaya gözyaşardıcı qaz buraxıb. İlkin ehtimala görə, o, bibər qazından istifadə edib.

İnsanlar zəhərli qazın təsirindən qaçmaq üçün ehtiyat çıxışa üz tutublar. Amma qapılar bağlı olub və mühafizəçilər hamını geri qaytarıblar. 

Xəsarət alan onlarla şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Nəşr yazır ki, analoji insident 2017-ci ildə Turində də baş verib.

Xəbər lenti
0