İranda təcili yardım maşını

İranda terror aktı törədilib, ölənlər yaralananlar var

31
(Yenilənib 12:24 06.12.2018)
Bomba bir avtomobilin içərisinə yerləşdirilib və polis məntəqəsinə yaxın yerdə partladılıb

BAKI, 6 dekabr — Sputnik. İranın Sistan və Bəlucistan əyalətinin cənubunda, Çabahar şəhərində polis bölməsinin yaxınlığında partlayış olub. Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, Çabahar liman şəhərində bu səhər bombalı terror hücumu baş verib.

Əyalət valisinin müavini Məhəmməd Hadi Meraşi təhlükəsizlik və tibbi yardım qruplarının bölgəyə cəlb edildiyini bildirib. O, bombanın bir avtomobilin içərisinə yerləşdirildiyini və polis məntəqəsinə yaxın yerdə partladıldığını qeyd edib.

Valinin sözlərinə görə, partlayış nəticəsində yaralananlar var.

Sputnik Azərbaycan "Haber7"-yə istinadən isə, xəbər verir ki, terror aktı nəticəsindı indiyədək ən az 3 nəfər ölüb, çoxlu sayda insan da yaralanıb.

31
Teqlər:
terror, bomba, İran
Əlaqədar
Qazaxda terror aktı törətmək istəyən erməninin növbəti məhkəməsi noyabrın sonuna qaldı
ABŞ daha bir dövləti terrora dəstək verən ölkələr siyahısına salmağa hazırlaşır
Qalmaqal: Fransanın terrorçularla əlaqəsi üzə çıxdı
Terrorçular Azərbaycanla sərhəd bölgəyə raket atdılar