Asteroid

Dünya üçün real təhlükə olan asteroidin videosu yayımlandı

55
(Yenilənib 19:18 05.12.2018)
"Bennu"nun dünyaya yaxınlaşacağı zaman da açıqlandı

BAKI, 6 dekabr — Sputnik. ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) dünya üçün təhlükə hesab edilən asteroidin videosunu yayımlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Bennu" adlanan asteroidin videosu artıq "OSIRIS-Rex" kosmik stansiyası tərəfindən qeydə alınıb.

NASA-dan bu stansiyanın fəaliyyəti ilə bağlı bildirilib ki, son 2 ildə 2 milyard mildən artıq məsafə qət edən "OSIRIS-Rex" 1 il ərzində "Bennu"nun fəaliyyətini izləyə biləcək. NASA-nın məlumatında hətta həmin asteroiddən torpaq nümunələrinin alınacağı da vurğulanır.

Qeyd edək ki, 500 metr ölçüdə olan bu asteroid Massaçusets Texnologiyalar İnstitutu tərəfindən kəşf edilib. Proqnozlara görə, "Bennu" 2182-ci ildə dünyaya yaxınlaşacaq.

55
Teqlər:
Yer, asteroid, NASA
Əlaqədar
NASA Yeri hədəfə alan asteroid barədə məlumatları açıqladı
Təhlükə: Yerə çox nəhəng asteroid yaxınlaşır
Planetimizin səmasında asteroid partlayıb...