Valentina Aleksandrovna Petrenko

Rusiyanın “Elzası” vəzifəsindən getdi

79
(Yenilənib 18:51 05.12.2018)
Valentina Petrenko öz maraqlı saç düzümü ilə yaddaşlarda qalıb

BAKI, 6 dekabr — Sputnik. Ən parlaq saç düzümü olan senator qadın öz vəsifəsindən gedir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, senator Valentina Petrenko parlamentin yuxarı palatasını tərk edib. O, Federasiya Şurasında 18 il çalışıb.

Valentina Aleksandrovna Petrenko
© Sputnik / Kirill Kallinikov
Valentina Aleksandrovna Petrenko

Senator qadın bu gün plenar iclasda həmkarları ilə görüşüb və spiker Valentin Matvienkoya yeni il "şam ağacı" hədiyyə edib.

Petrenko Federasiya Şurasına 2001-ci ildə daxil olub. Bu zamana qədər o, millət vəkili olub və Rostov vilayətinin administrasiyasında çalışıb. 1993-cü ildə Rostovda uşaqların girov götürüldüyü məktəbdə terrorçularla danışıqlarda iştirak edib və "İgidliyə görə" ordeni ilə təltif edilib. Bundan sonra 1996-cı ildə Petrenko prezidentin təhlükəsizlik xidmətində çalışıb.

Qeyd edək ki, Valentina Petrenko öz maraqlı saç düzümü ilə yaddaşlarda qalıb.

79
Teqlər:
vəzifə, senator, Rusiya
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

2
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

2
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

26
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

26
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq