Vladimir Putin və Nikol Paşinyan

Paşinyan Rusiyaya gedir, Putindən qaz istəyəcək

27
(Yenilənib 20:21 05.12.2018)
Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası çərçivəsində Rusiya lideri ilə görüşəcək

BAKI, 5 dekabr — Sputnik. Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini müzakirə edəcək. Sputnik Ermənistan xəbər verir ki, görüş dekabrın 6-sı Sankt Peterburq şəhərində baş tutacaq.

"Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Hazırda heç nə deyə bilmərəm, hələlik razılaşmalar yoxdur" - deyə Paşinyan qeyd edib.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya lideri ilə Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası çərçivəsində görüşəcək.

27
Teqlər:
Danışıqlar, Görüş, Vladimir Putin, Nikol Paşinyan
Əlaqədar
Paşinyan Putinlə bağlı gözlənilməz etiraf etdi
Paşinyan Qazaxıstana gedir
Paşinyan Minskə getməkdən imtina etdi
Paşinyan Sarqsyanın niyə tutulmamasına aydınlıq gətirdi