Alman əsgəri

Almaniyada neo-nasizm şoku: "Hannibal" ölüm qan vəd edir

10635
(Yenilənib 12:32 05.12.2018)
Ordu daxilinə sızan gizli qrup bir sıra siyasətçiləri öldürməyi planlaşdırır

BAKI, 5 dekabr — Sputnik. Bir qrup neo-nasist tərəfdarı olan əsgərin Almaniya ordusuna sızdığı və bu qrupun bir sıra siyasətçiləri və qaçqınları öldürməyi planlaşdırdığı iddiası ortaya atılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu qrup Yaşıllar Partiyasının sədri Claudia Rothu, xarici işlər naziri Heiko Massı və keçmiş prezident Toaçim Gauckı öldürməyi planlaşdırıb.

Xüsusi təyinatlıların içərisindəki gizli qrupun hücum hazırlığı üçün silah yığdığı da iddia olunur. İddia, son dərəcə gizli federal istintaq hesabatına əsasən irəl sürülüb.

Həmin qrupun sol görüşlü siyasətçiləri qaçıraraq gizli düşərgədə qətlə yetirəcəyi bildirilir. Məlumatlara görə, gizli qrup üzvləri miqrantlara da hücum etməyi planlaşdırıb. Onların sayının günbəgün artdığı da vurğulanır.

"Hannibal" kod adlı bir əsgərin gizli qrupa liderlik etdiyi və radikal fikirlərlə çıxış etdiyi qeyd olunur. Məlumata görə, "Hannibal" kod adlı əsgər orduda yüksək mövqelərdə xidmət edən şəxslərdən də dəstək alır.

Qeyd edək ki, 2016-ci ildə Franko Albrecht adlı bir zabitin terror planının üstü açıldıqdan sonra alman ordusunda gizli qrupların mövcud olması şübhələri artmışdı.

Almaniya hökuməti məsələ ilə bağlı hələ ki, bir açıqlama verməyib.

10635
Teqlər:
qrup, əsgər, ordu, Almaniya
Əlaqədar
Almaniyadan Türkiyəyə qarşı düşmən addım
Almaniya və Fransa Moskvaya qarşı sanksiyaların əleyhinə çıxdı
Merkel: "Almaniya Qarabağ münaqişəsinə göz yuma bilməz"
"Kürdüstan" olmayacaq: Rusiya, Almaniya və Fransa Türkiyə ilə həmrəydir