Sevgilisini qarnı ilə boğub öldürdü

© Sputnik / Anar MustafayevQandallı qız, arxiv şəkli
Qandallı qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın içkinin təsirindən ayılıb nə etdiyinin fərqinə vardığı zaman polis çağırıb

BAKI, 5 dekabr — Sputnik. Amerikalı qadın Vindi Tomas sevgilisini qarnı ilə boğub öldürdüyünə görə özünü günahkar hesab edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Pensilvaniya şattaında baş verib. Mart ayında 44 yaşlı 133 kiloqram çəkisi olan qadın evində yaşayan sevgilisi Kino Batlerlə mübahisə edib.

Qadın sevgilisini stolun ayağı ilə döyüb, onun əlini bıçaqla kəsib və sonra üstünə çıxaraq 57 kiloqram çəksi olan Batlerin üzünü qarnı ilə bağlayıb. Batler qadının altından çıxa bilməyib və boğularaq ölüb.

Tomasın vəkili Mark del Duka iddia edib ki, qadın Batleri qəsdən öldürməyib. Vəkilin sözlərinə görə, qadın çox içib və Batlerin üzərinə yıxılıb.

Qadın içkinin təsirindən ayılıb nə etdiyinin fərqinə vardığı zaman polis çağırıb. Prokuror bu versiya haqqında soruşduğu zaman qeyd edib ki, Batlerin başında stol ayağı ilə vurulmuş bir neçə zərbənin izi olub. Bu da qadının Batelri qəsdən öldürdüyünü sübut edir.

Hakim Toması cinayətdə 3-cü dərəcəli günahkar hesab edib. Onu 18 ildən 36 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Məhkəmənin son qərarı dekabrın sonunda veriləcək.

Xəbər lenti
0