İnsanın kəllə sümüyü, arxiv şəkli

Musiqiçinin kəllə sümüyü hərracda baha qiymətə satıldı

21
(Yenilənib 20:52 03.12.2018)
Qeyri-adi lot satışa çıxarıldıqdan bir neçə gün sonra satılıb

BAKI, 4 dekabr — Sputnik. ABŞ-da hərracda Mayhem qrupunun musiqiçisi, “Ded” ləqəbi ilə məşhur olan norveçlinin kəllə sümüyünün bir parçası satılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o 1990-cı ildə özünü ov tüfəngi ilə vurub.

Məlumata görə, lotun final dəyəri 3500 dollar olub.

“Ded”in əsl adı Per İnqve Olindir. Özünü vuran musiqiçinin meyitini onun qrupdakı həmkarı Avronimus tapıb. Daha sonra o, rokerin kəllə sümüyünün parçalarını dostlarına göndərib. Belə məktublardan biri də Mayhem qrupunun meneceri Tamasu Vamosiyə gəlib. Olinin kəllə sümüyünün parçasını da hərraca o çıxarıb.

Qeyri-adi lot satışa çıxarıldıqdan bir neçə gün sonra satılıb.

Qeyd edək ki, Mayhem qrupunun əsası 1984-cü ildə Oslo şəhərində qoyulub. Qrup 1993-cü ilə qədər fəaliyyətdə olub. Sonra isə 1995-ci ildə yeni tərkiblə fəaliyyətə başlayıb.

21