Динагуль Тасова

Millət vəkili insanların qarşısına sinəsi açıq şəkildə çıxdı FOTO

721
(Yenilənib 20:13 03.12.2018)
Dinaqul Tasovanın şəkli 2000-dən artıq şəxs tərəfindən bəyənilib

BAKI, 4 dekabr — Sputnik. Millət vəkili cəmiyyət arasına açıq-saçıq paltarda çıxıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Astana Gənclər şurasının 4-cü çağırış millət vəkili Dinaqul Tasova Fashion Night Astana moda nümayişində iştirak edib. Qadın şoudan fotolarını öz Instagram səhifəsində paylaşıb.

Podiumda Tasova Dana Dyusembayevanın geyimini nümayiş etdirib. Onun üzərində döşlərinin göründüyü qara xalları olan şəffaf geyim olub.

Millət vəkilinin izləyiciləri şərhlərdə onun bu vəziyyətini tənqid ediblər.

"Özünü və millətini biabır etmək. Qazaxlar, qardaşlarım mənim, belə biabırçılığın ölkənizdə sərbəst şəkildə yayılmasına yol verməyin" deyə biri yazıb.

"Əgər sən şəffaf don geyinmisənsə və podiuma çıxmısansa, daha niyə döşlərini gizlədirsən?" – deyə bir başqası qeyd edib.

"Özünüzü iyrənc apardınız" – deyə daha bir izləyici şərh yazıb.

Eyni zamanda, Dinaqul Tasovanın şəkli 2000-dən artıq şəxs tərəfindən bəyənilib.

721
Teqlər:
moda, geyim, açıq-saçıq, millət vəkili, model
Əlaqədar
Gözlənilən toy baş tutdu: Emin model sevgilisi ilə evləndi
Azərbaycanlı model: “Çimərlik geyimi geyənlərə həsəd aparıram, mənə icazə vermirlər”
Məşhur model açıqladı: “Məni zorlayıblar”
Türkiyəli məşhur model övladını Bakıda dünyaya gətirəcək
Yaşlı insanlar

Uzun illərin sirri açıldı - "həmin vaxtlar güzgüyə baxmağa nifrət edirdim"

21
Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib

BAKI, 3 dekabr — Sputnik. Saçları töküldüyü üçün 16 ildir pariklə gəzən model sonda bu sirri açıb və ətrafdakıların reaksiyasından təəccüblənib.

Böyük Britaniyanın Manninqtri şəhərindən olan 29 yaşlı Laura Matias 13 yaşından "universal alopesiya"dan (yalnız başda deyil, bədəndə də tüklərin tam tökülməsinə səbəb olan xəstəlik) əziyyət çəkib.

Onun sözlərinə görə, yeniyetməlik dövründə o, keçəlliyindən utanaraq, bunu parikin köməyi ilə gizlədib.

"Elə düşünürdüm ki, yalnız məndə belə problem var, çünki o dövrdə heç bir sosial şəbəkə yox idi", - deyə model vurğulayıb. O həmin vaxtlar güzgüyə baxmağa nifrət etdiyini deyir.

Model 16 il parikini çıxarmayıb, ancaq koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantin dövründə evdə işləməyə başlayıb, buna görə də ondan hər gün istifadə etməyib.

Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib.

Artıq o, bir çox gündür parik taxmadan evdən çıxır və oxşar problemi olan qadınları fərqliliklərini gizlətməməyə təşviq edir. Bundan əlavə, Matias "Models of Diversity" xeyriyyə təşkilatının səfiridir: o, oxşar xəstəliyi olan digər qızları görünüşlərini qəbul etməyə çağırır.

21
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ermənistan hökuməti yeni reallıqla barışmalıdır - Azərbaycan XİN

14
(Yenilənib 22:54 03.12.2020)
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

BAKI, 3 dekabr - Sputnik. Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir. Ermənistan xarici işlər naziri xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəyə dair şərhində deyilir.

"Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, meyitlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir", - deyə XİN-in şərhində vurğulanır.

14
Teqlər:
Ermənistan XİN, cavab, Azərbaycan XİN, Azərbaycan, Qarabağ
Qarabağ - Makkabi oyunu

"Qarabağ" İsraildə ilk xalını qazandı

0
(Yenilənib 00:38 04.12.2020)
“Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda meydana çıxıb.

İlk 4 görüşdə uduzduqdan sonra İ qrupunda sonuncu yeri tutduğu rəsmiləşən Qurban Qurbanovun yetirmələri İsrailin “Makkabi” klubu ilə görüşüb. Cari mövsümdə avrokuboklarda son ev matçını keçirən təmsilçimiz Təl-Əviv klubunu da İstanbuldakı “Başakşəhər Fatih Teim” stadionunda qəbul edib.

Baş məşqçi Qurban Qurbanov və əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğu üçün qardaş ölkəyə böyük itkilərlə yollanan “Qarabağ” turnirdə ilk xalını qazanıb. Qarşılaşmada hər iki qol ilk 45 dəqiqədə vurulub.

Komandamız hissənin ortalarında qapısında qol görüb. İsrail təmsilçisi penalti ilə hesabı açıb. Ağdamlılar ilk yarı başa çatmamış hesabda tarazlıq yaradıblar. Xayme Romero bərabərlik qoluna imza atıb. 

Qrupun digər oyununda “Sivasspor” Türkiyədə “Vilyareal”ı qəbul edib. İspaniya təmsilçisi 1 qolla səfər qələbəsi qazanıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar.

Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:  Xayme Romero, 37 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis

0
Teqlər:
UEFA Avropa Liqası, "Makkabi" FK (Tel-Əviv), Qarabağ FK